Ali Məhkəmə mirasla bağlı mübahisəli maddəni ictimai müzakirəyə çıxardı


Sosial 01 İyl 2020 12:25:16 62 0

Ali Məhkəmə mirasla bağlı mübahisəli maddəni ictimai müzakirəyə çıxardı

Ali Məhkəmə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə mübahisəli hüquqi məsələsini müzakirəyə çıxararaq, maraqlı şəxsləri və təşkilatları əsaslandırılmış hüquqi rəylərini

© Report — Ali Məhkəmə

Ali Məhkəmə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə mübahisəli hüquqi məsələsini müzakirəyə çıxararaq, maraqlı şəxsləri və təşkilatları əsaslandırılmış hüquqi rəylərini təqdim etməyə çağırıb.

“Report” xəbər verir ki, mübahisəli hüquq məsələsi Mülki Məcəllənin 1200-cü maddəsi ilə bağlıdır.

Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

Hazırda Ali Məhkəmənin icraatında olan mülki iş “iddiaçının övladları ilə birlikdə mərhum əri tərəfindən sağlığında bağışlanılmış əmlaka münasibətdə bağışlanmadığı halda onlara çata biləcək məcburi pay həcmində mülkiyyət və istifadə hüquqlarının tanınmasına” dair tələblə bağlıdır. Tələbin hüquqi əsasını Mülki Məcəllənin 1200-cü maddəsi təşkil edir.

İşə kassasiya qaydasında baxılarkən Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında mübahisəli məsələyə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunub.

Bu maddənin tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yarandığı üçün Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2020-ci ilin iyulun 31-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərin Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edirb.

Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ( [email protected]) göndərilməlidir.

Rusiyalı Əməkdar artist vəfat etdi like
  • 01 İyl 12:21  
Dünya Rusiyalı Əməkdar artist vəfat etdi

Rusiyanın əməkdar artisti Viktor Proskurin vəfat edib.

arrow Ətraflı
Türkiyədə qayıq batıb, 6 nəfər ölüb, 50-dən çox insan itkin düşüb like
  • 01 İyl 12:18  
Dünya Türkiyədə qayıq batıb, 6 nəfər ölüb, 50-dən çox insan itkin düşüb

Nazir bildirib ki, hadisə ilə əlqədar 11 nəfər tutulub.

arrow Ətraflı
Karantin rejimi tətbiq olunmayan ölkədə koronavirusdan ölənlərin sayı like
  • 01 İyl 12:15  
Dünya Karantin rejimi tətbiq olunmayan ölkədə koronavirusdan ölənlərin sayı

Koronavirusa yoluxanların sayı 10 milyon yarımı keçib.

arrow Ətraflı
Saatlıda narkotik alverçisi saxlanıldı like
  • 01 İyl 12:06  
Sosial Saatlıda narkotik alverçisi saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotikl

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı like
  • 01 İyl 12:03  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı

Ermənistanda koronavirusa yoluxanların sayı 26 065 nəfərə çatıb.

arrow Ətraflı
Karantin bitən kimi istirahətə yollandılar like
  • 01 İyl 11:57  
Şou-biznes Karantin bitən kimi istirahətə yollandılar

"Eurovision" iştirakçılarımızdan olan Safurə Əliyeva ailəsi il

arrow Ətraflı
Ukraynada 600-dən çox yeni yoluxma qeydə alınıb like
  • 01 İyl 11:54  
Dünya Ukraynada 600-dən çox yeni yoluxma qeydə alınıb

3 270 uşaqda və 6 765 tibb işçisində virusa yoluxma aşkar edilib

arrow Ətraflı
Azərbaycanda Mərakeş Ticarət Evi qeydiyyatdan keçdi like
  • 01 İyl 11:53  
İqtisadiyyat Azərbaycanda Mərakeş Ticarət Evi qeydiyyatdan keçdi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Mərakeş Ticarət Evi

arrow Ətraflı
"Qarşıdakı günlərdə sərt karantin rejiminin nəticələrini daha aydın görəcəyik" like
  • 01 İyl 11:51  
Digərləri "Qarşıdakı günlərdə sərt karantin rejiminin nəticələrini daha aydın görəcəyik"

"Koronavirus pandemiyası yayılan ilk vaxtlardan etibarən Azərbaycan dö

arrow Ətraflı
Rusiyada COVID-19-a yoluxanların sayı 650 mini ötdü like
  • 01 İyl 11:45  
Dünya Rusiyada COVID-19-a yoluxanların sayı 650 mini ötdü

İndiyədək virusdan 9 536 nəfər ölüb.

arrow Ətraflı
Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir like
  • 01 İyl 11:45  
Dünya Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir

İyulun 1-də Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendumun s

arrow Ətraflı
Prezident Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayırdı like
  • 01 İyl 11:41  
Siyasət Prezident Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayırdı

Prezident İlham Əliyev&İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu

arrow Ətraflı