Saatlıda narkotik alverçisi saxlanıldı
Sosial 01 İyl 2020 12:06:39 290 0
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısında şübhəli bilinən Saatlı şəhər sakini Hüsaməddin Abasov saxlanılaraq RPş-nə gətirilib.
Onun kustar üsulla hazırladığı 2 büküm heroin və metodonu 70 manat müqabilində satdığı müəyyən edilib.
Davam etdirilən tədbirlərlə H.Abasovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 169 ədəd metodon və 26 ədəd tramadol həbləri, eləcə də 8 qramdan artıq metodon tozu, 2 qramdan artıq heroin, 1 ədəd şüşə flakonda tiryək məhlulu və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.
Ermənistanda koronavirusa yoluxanların sayı 26 065 nəfərə çatıb.

"Eurovision" iştirakçılarımızdan olan Safurə Əliyeva ailəsi il

3 270 uşaqda və 6 765 tibb işçisində virusa yoluxma aşkar edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Mərakeş Ticarət Evi

"Koronavirus pandemiyası yayılan ilk vaxtlardan etibarən Azərbaycan dö

Prezident İlham Əliyev İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu

İyulun 1-də Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendumun s

Prezident İlham Əliyev&İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Özbəkistan Ticarət

ABŞ Konqresinin Senatı "Şimal axını-2" qaz boru kəmərinə qarş

Dövlət Gömrük Komitəsi "Veysəloğlu” MMC barədə inzibati protokol tər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Anqard" MMC-ni dövlə

Məşhur aktyor Ozan Güvenlə sevgilisi Deniz Bulutsuz arasında gərgin anlar

Əməkdar artist Firuzə İbadova "5/5" verilişinin qonağı olub.
