Ukraynada 600-dən çox yeni yoluxma qeydə alınıb


Dünya 01 İyl 2020 11:54:21 314 0

Ukraynada 600-dən çox yeni yoluxma qeydə alınıb

3 270 uşaqda və 6 765 tibb işçisində virusa yoluxma aşkar edilib

Ukraynada 664 yeni koronavirusa yoluxma halı aşkar edilib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, ümumilikdə ölkədə 44 998 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 19 548 nəfər virusdan sağalıb, 1 173 nəfər isə ölüb.

3 270 uşaq və 6 765 tibb işçisinin yoluxduğu da vurğulanıb.

Hazırda ölkədə 24 277 koronavirus xəstəsi var.