Azərbaycanda Özbəkistan Ticarət Evi açılır


İqtisadiyyat 01 İyl 2020 11:40:46 678 0

Azərbaycanda Özbəkistan Ticarət Evi açılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Özbəkistan Ticarət Evi" MMC-ni dövlət qeydiyyatına alıb

© Report

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Özbəkistan Ticarət Evi" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki,Ticarət Evinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə küçəsi, ev 65B,qanuni təmsilçisi isə Samir Elçin oğlu Cəfərovdur.

MMC-ninnizamnamə kapiatlı 20 manat təşkil edir.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 30 mln 534,75 min ABŞ dollarıolub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. Hesabat dövründə ixrac 20,6% azalaraq 4 mln 858,12min ABŞ dolları, idxal isə 43,3% artaraq 25 mln 676,63 min ABŞ dolları olub.