Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir


Dünya 01 İyl 2020 11:45:00 293 0

Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir

İyulun 1-də Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendumun son mərhələsi keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, səsvermə Moskva vaxtı ilə saat 20:00-dək davam edəcək.

Qeyd edək ki, referendum üzrə səsvermə elektron yolla iyunun 25-dən etibarən başlayıb. İyunun 30-dək seçicilərin 45,7 faizi elektron səs verib.

Konstitusiyaya dəyişikliklərdə Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilik üzərində üstünlüyü, Rusiya xalqı və tanrı barədə anlayışlara düzəlişlər, eləcə də hazırkı ölkə Prezidentinin növbəti müddətə seçilmək imkanı nəzərdə tutulur.