ABŞ Senatı "Şimal axını2"yə qarşı sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib


Dünya 01 İyl 2020 11:39:00 347 0

ABŞ Senatı "Şimal axını2"yə qarşı sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib

ABŞ Konqresinin Senatı "Şimal axını-2" qaz boru kəmərinə qarşı əlavə sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində respublikaçı konqresmen Stiv Uomak yazıb.

S.Uomak bildirib: "Mən onun tikintisini dayandırmağa yönəlmiş sanksiyaların həmmüəllifi olduğum üçün fəxr edirəm və bu prioritet müddəanı müdafiə büdcəsi layihəsinə daxil etdiyinə görə Senatı alqışlayıram".

Onun sözlərinə görə, Rusiya hakimiyyəti layihədən "məcburiyyət aləti" kimi istifadə etmək istəyir və onun məqsədi Polşa və Ukraynanın Rusiya qazından asılılığını artırmaqdır.