BMT: Dünyada cinsi ayrıseçkilik səbəbindən “itirilmiş” qızların sayı 140 milyondur


Siyasət 01 İyl 2020 11:14:57 42 0

BMT: Dünyada cinsi ayrıseçkilik səbəbindən “itirilmiş” qızların sayı 140 milyondur

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb. Hər il təşkilatın qlobal miqyasda məşğul olduğu bu və ya digər mövzuya həsr edilən hesabatda bu dəfə dünyada qadınların və qızların hüquqlarının pozulması ilə nəticələnən müxtəlif zərərli təcrübələr və onlarla mübarizə mövzuları qabardılıb.

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb.

Fonddan "Report"a verilən məlumata görə, hər il təşkilatın qlobal miqyasda məşğul olduğu bu və ya digər mövzuya həsr edilən hesabatda bu dəfə dünyada qadınların və qızların hüquqlarının pozulması ilə nəticələnən müxtəlif zərərli təcrübələr və onlarla mübarizə mövzuları qabardılıb.

Hesabatda qeyd olunur ki, hər il dünyada milyonlarla qız ailələrinin, yaxınlarının və yaşadıqları icmaların razılığı ilə onları fiziki və mənəvi əziyyətlərlə üz-üzə qoyan zərərli təcrübələrin təsirinə məruz qalır. Daha çox dünyanın müxtəlif yerlərində mövcud olan adət-ənənələrdən qaynaqlanan bu zərərli təcrübələr sırasında qızların erkən yaşda ərə verilməsini, qadın sünnətini, gender-əsaslı cinsi ayrıseçkiliyi (oğlan uşaqlarına qızlara nisbətən daha çox dəyər verilməsi) və digər spesifik halları qeyd etmək olar.

“Qızlara qarşı tətbiq olunan bu cür zərərli təcrübələr onların həyatında uzunmüddətli və dərin travma izləri qoymaqla yanaşı, qızların öz potensiallarını realizə etmək hüququnu əllərindən almış olur”, deyə BMT-nin Əhali Fondunun icraçı direktoru Nataliya Kanem qeyd edir.

Hesabata əsasən, ilin sonunadək dünyada təqribən 4,1 mln. qızın qadın sünnəti adlanan əziyyətli və zərərli prosedura məruz qalacağı gözlənilir. Eyni zamanda, hər gün dünyada orta hesabla 33 000 yetkinlik yaşına çatmayan qız uşağı özündən böyük şəxslərə zorla ərə verilir. Sənəddə o da vurğulanır ki, bəzi ölkələrdə qız uşaqları ilə müqayisədə oğlan uşaqlarına daha çox üstünlüyün verilməsi təcrübəsi cinsi zəmində ayrıseçkilik fenomeninin güclənməsi və beləliklə 140 mln. “itirilmiş” qız övladlarının həyata gəlməkdən məhrum edilməsi ilə nəticələnib.

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar əsasən qanunla qadağandır və bu hallar zəif sürətlə də olsa azalmaya doğru gedir. Buna baxmayaraq, regionun bəzi yerlərində erkən nikahlara hələ də geniş şəkildə rast gəlmək mümkündür – bəzi ölkələrdə qadınların 15%-i 18 yaşına çatmazdan öncə ailə qurub, bəzi icmalarda isə iki qadından biri hətta uşaq yaşında ikən ərə verilib.

Qız övladlarına nisbətdə oğlan övladlarına üstünlüyün verilməsi də Şərqi Avropa və Mərkəzi Asiya regionunda müşahidə olunan zərərli təcrübələrdən biridir. Cənubi Qafqazın və Cənub-Şərqi Avropanın bir sıra bölgələrində daha çox qeydə alınan bu fenomen doğuşun cinslər arasındakı təbii nisbətinin pozularaq qızlara nisbətən daha çox oğlan uşağının dünyaya gəlməsinə səbəb olur.

“Bütün bu zərərli təcrübələrin kökündə bir amil dayanır: bu da qadınlara və qızlara cəmiyyətdə daha az dəyər verilməsidir”, deyə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Alanna Armitaj qeyd edir. “Buna baxmayaraq, hamımız – hökumətlər, vətəndaş cəmiyyəti, rəy öndərləri və influyenserlər – birlikdə işləyərək qızların insan hüquqlarını əlindən alan bu zərərli təcrübələri keçmişə qovuşdura bilərik.”

Hesabatda dünyanı əhatə edən COVID-19 pandemiyasının sözügedən zərərli təcrübələrin daha da geniş yayılmasına şərait yaratdığı da vurğulanır. Belə ki, pandemiya dünyanın bir çox yerində ailələrin öz iqtisadi yükünü azaltmaq üçün erkən nikahlara daha çox üz tutması ehtimalını artırır. Bununla yanaşı, sosial təcrid və karantin şəraitində təhsil müəssisələrinin bağlanması və hərəkətə qoyulan məhdudiyyət gənc qızların gündəlik həyat ritmini əngəlləyir, dəstək sistemlərinin fəaliyyəti qarşısında sədd çəkir.

“Pandemiya hər gün daha çox qızı müxtəlif risklərlə üz-üzə buraxır. Biz, dünyanın istənilən yerində qadınların və qızların öz hüquqlarından yararlana bilmələri və öz seçimlərini müstəqil şəkildə edə bilmələri üçün səylərimizi ikiqat artırmalıyıq”, deyə Alanna Armitaj bildirir.

Özbəkistanda koronavirusa yoluxmada rekord qeydə alınıb like
  • 01 İyl 11:12  
Dünya Özbəkistanda koronavirusa yoluxmada rekord qeydə alınıb

Özbəkistanda son bir gündə koronavirusa yoluxanların sayı daha 329 nəfər

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı 26 mini ötdü like
  • 01 İyl 11:12  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı 26 mini ötdü

Hazırda Ermənistanda 10 900 aktiv koronavirus xəstəsi var.

arrow Ətraflı
Azərbaycanlılar yaşayan kənddə karantin vaxtından əvvəl götürüldü like
  • 01 İyl 11:10  
Siyasət Azərbaycanlılar yaşayan kənddə karantin vaxtından əvvəl götürüldü

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (D

arrow Ətraflı
Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahına yeni rəis təyin olunub like
  • 01 İyl 11:09  
Dünya Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahına yeni rəis təyin olunub

General-mayor Giorgi Matiaşvili Gürcüstanın Müdafiə Qüvvələri Baş Qər

arrow Ətraflı
Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb like
  • 01 İyl 11:09  
Digərləri Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola sa

arrow Ətraflı
Azərbaycanda futzalla bağlı qərar verildi like
  • 01 İyl 11:05  
Sosial Azərbaycanda futzalla bağlı qərar verildi

İK-nın iclasında koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar q

arrow Ətraflı
Azərbaycanda yeni audit şirkəti yaradılıb like
  • 01 İyl 11:04  
İqtisadiyyat Azərbaycanda yeni audit şirkəti yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azaudit Consulting" MM

arrow Ətraflı
Ötən gün karantin qaydalarını pozan 1403 nəfər məsuliyyətə cəlb edilib like
  • 01 İyl 11:04  
Digərləri Ötən gün karantin qaydalarını pozan 1403 nəfər məsuliyyətə cəlb edilib

Ötən gün karantin qaydalarını pozan 1403 hərəkət iştirakçısı inzibat

arrow Ətraflı
Sahibkarlığın maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq olunacaq like
  • 01 İyl 11:01  
İqtisadiyyat Sahibkarlığın maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq olunacaq

Daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxı

arrow Ətraflı
Azərbaycanın bank sisteminə inamı azaldan problem - RƏY like
  • 01 İyl 11:00  
İqtisadiyyat Azərbaycanın bank sisteminə inamı azaldan problem - RƏY

Banklar əmanət qəbul edib bu xırda cərimə ilə canlarını qurtara bilərl

arrow Ətraflı
Polis işçiləri üçün pulsuz TamKart və endirimli kredit! like
  • 01 İyl 11:00  
Digərləri Polis işçiləri üçün pulsuz TamKart və endirimli kredit!

Azərbaycan Beynəlxalq Bankı 2 İyul "Polis işçilərinin peşə bayram

arrow Ətraflı
Onlayn Media Klubu: Prezidentin  Sərəncamı mətbuata olan diqqətinin əyani sübutudur like
  • 01 İyl 10:54  
Sosial Onlayn Media Klubu: Prezidentin Sərəncamı mətbuata olan diqqətinin əyani sübutudur

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyini

arrow Ətraflı
Tolqahan Sayışmandan 420 minlik "yatırım" like
  • 01 İyl 10:54  
Digərləri Tolqahan Sayışmandan 420 minlik "yatırım"

Türkiyəli aktyor Tolqahan Sayışman bu dəfə avtomobili ilə gündəmə gəl

arrow Ətraflı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb like
  • 01 İyl 10:53  
Siyasət Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublika

arrow Ətraflı