Azərbaycanda futzalla bağlı qərar verildi
Sosial 01 İyl 2020 11:05:18 164 0
İK-nın iclasında koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Yüksək Liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub.Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il avqustun 1-dək u
Bu gün Azərbaycan Futzal Federasiyası İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.
İK-nın iclasında koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Yüksək Liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub.
Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il avqustun 1-dək uzadılması, idman zallarının fəaliyyətinə qadağaların tətbiq edilməsi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adının iyulun 31-dək UEFA-ya təqdim olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr, ən əsası, futzalçıların, məşqçilərin və Yüksək Liqada oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Yüksək Liqanın oyunlarının dayandırılması, qalibin və digər mükafatçı komandaların hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı qərar yekdilliklə (4 lehinə) qəbul olunub.
Qərara əsasən, UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.
№ Komanda O Q H/H M T/F X 1 Araz 19 19 0 0 139-34 57 2 Marafon FK 19 15 0 4 131-46 45 3 EKOL 19 15 0 4 108-52 45 4 Neftçi İK 19 13 0 6 79-66 39 5 Baku Fire 19 10 1 8 79-84 31 6 Bakı TFK 19 6 2 11 76-99 20 7 Premier (Quba) 19 4 2 13 63-110 14 8 Record club 19 4 2 13 64-110 14 9 Xızı Futzal 19 4 1 14 65-120 13 10 Yasamal İSK 19 1 0 18 59-142 3Bombardirlər: Xətai Bağırov (Araz) – 39, Firudin Ağalarov (Premier, Quba // Xızı Futzal) - 29 qol
Qeyd edək ki,AFFA-nın İntizam Komitəsinin 5 noyabr 2019-cu il tarixli, 13 nomrəli protokoluna əsasən, “Neftçi” İK – “Baku Fire” oyununda “Neftçi” İK-nın heyətində adı protokolda olmayan futzalçı meydana çıxdığına görə, matçın nəticəsi ləğv edilib, “Neftçi” İK komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.
"Premier" (Quba) komandası 3 dəfə Yüksək Liqa təqviminin oyununa çıxmadığına görə, AFFA-nın İntizam Komitəsinin 17 mart 2020-ci il tarixli qərarı ilə yarışdan kənarlaşdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azaudit Consulting" MM

Ötən gün karantin qaydalarını pozan 1403 hərəkət iştirakçısı inzibat

Daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxı

Banklar əmanət qəbul edib bu xırda cərimə ilə canlarını qurtara bilərl

Azərbaycan Beynəlxalq Bankı 2 İyul "Polis işçilərinin peşə bayram

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyini

Türkiyəli aktyor Tolqahan Sayışman bu dəfə avtomobili ilə gündəmə gəl

Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublika

Azərbaycan "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyan

Azərbaycanda siqaret və digər tütün məmulatlarının qiyməti bahalaşıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Metal Roofing Center"

Ümumdünya Səhiyyə Təşkilatı ölkələri virusla mübarizədə beynəlxalq

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmas

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barəd

Avropanın aparıcı təyyarə istehsalçısı “Airbus” şirkəti 2021-ci il
