Onlayn Media Klubu: Prezidentin Sərəncamı mətbuata olan diqqətinin əyani sübutudur
Sosial 01 İyl 2020 10:54:16 341 0
Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı dövlət başçısının bu sahəyə olan diqqətinin əyani
“Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı dövlət başçısının bu sahəyə olan diqqətinin əyani sübutudur”.
“Report”xəbər verir ki, bu, Onlayn Media Klubunun bəyanatında əksini tapıb.
Klubun həmtəsisçiləri və üzvləri hesab edirlər ki, ölkəmizdə milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə dövlət başçısı buna qədər də mühüm Fərman və sərəncamlar imzalayıb.
“Bütün bunlar isə onu deməyə əsas verir ki, kütləvi informasiya vasitələri (KİV) ölkəmizin ictimai-siyasi həyatında yerini və müasir cəmiyyət quruculuğu prosesində rolu danılmazdır və bu, dövlətimizin ən yüksək səviyyəsində nəzərə alınır. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olması ilə bağlı Sərəncam bu baxımdan jurnalistlər tərəfindən çox yüksək qiymətləndirilir. Sərəncamda Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması ilə bağlı bənd isə KİV-in fəaliyyətinin daha da stimullaşdırılmasını şərtləndirən ən əhəmiyyətli məsələlərdən biridir” – bəyanatda qeyd olunub.
Vurğulanıb ki, ölkə rəhbərliyinin, xüsusən dövlət başçısının milli mətbuata olan diqqəti xüsusilə 3 əsas məqamı özündə birləşdirir.
“Birincisi, ölkəmizdə Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafı dövətçilik ənənələrinin formalaşması fonunda ciddi əhəmiyyət kəsb edir. Milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində bu sahənin daha da inkişaf etdirilməsinin zəruriliyi gündəmə gətirilir.
İkincisi, mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyur, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinə yeni töhfələrini aktuallaşdırır. Milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində KİV-in rolu bundan sonra da əhəmiyyətli dərəcədə artırılır. Üçüncüsü, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolu diqqətdə saxlanılır.
Şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri çərçivəsində dövlət siyasətinin bir hissəsi də medianın üzərində cəmləşir. KİV ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi missiyasını daha effektiv şəkildə həyata keçirə bilər ki, bunun üçün də müstəqil, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media formalaşmalıdır. Prezident İlham Əliyevin Sərəncamında media nümayəndələrinə bu mesaj da çatdırıldı ki, kütləvi informasiya vasitələri ölkəmizdə həyata keçirilən köklü islahatlara öz töhfəsini verməli, fəaliyyətlərində qabaqcıl texnologiyaları geniş tətbiq etməlidir” – məlumatda bildirilib.
Onlayn Media Klubu bir daha bu diqqətə görə ölkə başçısına dərin minnətdarlığını bildirir.
Türkiyəli aktyor Tolqahan Sayışman bu dəfə avtomobili ilə gündəmə gəl

Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublika

Azərbaycan "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyan

Azərbaycanda siqaret və digər tütün məmulatlarının qiyməti bahalaşıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Metal Roofing Center"

Ümumdünya Səhiyyə Təşkilatı ölkələri virusla mübarizədə beynəlxalq

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmas

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barəd

Avropanın aparıcı təyyarə istehsalçısı “Airbus” şirkəti 2021-ci il

Gürcüstanın Tianeti rayonunun Tuşurebi kəndində Sibir xorasına (“qara y

"Elə an olurdu ki, ayaq üstdə dayanmağa taqətim qalmırdı və tək istədi

Son dövrlərdə iqlim dəyişmələri şəraitində yağıntıların miqdarın

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılı

Gəncə şəhərində əcnəbi vətəndaş itkin düşüb.

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb
