Gəncədə itkin düşən 84 yaşlı Türkiyə vətəndaşı tapıldı


Digərləri 01 İyl 2020 10:24:00 338 0

Gəncədə itkin düşən 84 yaşlı Türkiyə vətəndaşı tapıldı

Gəncə şəhərində əcnəbi vətəndaş itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonu ərazisində baş verib.

Türkiyə vətəndaşı, 1936-cı il təvəllüdlü Dədə İsa Mehmet naməlum şəraitdə itkin düşüb. Hadisə barədə Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinə məlumat daxil olub və araşıdrmalara başlanıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən D.İ. Mehmet tapılaraq yaxınlarına təhvil verilib.