Bakıda "Al market" qarət edildi


Digərləri 01 İyl 2020 09:59:00 377 0

Bakıda "Al market" qarət edildi

Bakıda marketdən oğurluq olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Al market" də baş verib. Naməlum şəxs marketin satıcısının fikrini yayındıraraq oradan 338 manat dəyərində tütün məlumatları oğurlayıb.

Binəqədi rayonu Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.