Su ilə bağlı mübahisələrə bütün məhkəmələrdə baxılacaq


Siyasət 01 İyl 2020 09:17:57 319 0

Su ilə bağlı mübahisələrə bütün məhkəmələrdə baxılacaq

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə

© google.az

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında yaranan mübahisələrə təkcəİqtisad məhkəmələrində baxılmayacaq.

"Report" xəbər verir ki, bu,Nazirlər Kabinetinin dəyişiklik etdiyi“Sudan istifadə Qaydaları”nda öz əksini tapıb.

Qərara əsasən, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanılan müqavilədə tərəflər arasında xüsusi şərtlərə dəyişiklik edilib.

Belə ki, bundan sonrabu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranan mübahisəli məsələlər qüvvədə olan normativ hüquqi aktlarla öz həllini tapmadıqda, həmin mübahisəli məsələlərə Azərbaycanın bütün məhkəmələrində baxılacaq.

Qeyd edək ki, indiyə qədər həmin mübahisələrəyalnız İqtisad məhkəmələrində baxılırdı.