Estoniya 6 Avropa ölkəsindən gələn sərnişinlər üçün özünütəcrid tələbləri tətbiq edəcək


Dünya 01 İyl 2020 04:30:00 243 0

Estoniya 6 Avropa ölkəsindən gələn sərnişinlər üçün özünütəcrid tələbləri tətbiq edəcək

Koronavirus infeksiyasının yayılma səviyyəsi nəzərə alınaraq İsveç, Portuqaliya, Böyük Britaniya, Rumıniya, Bolqarıstan və Lüksemburqdan Estoniyaya gələn sərnişinlərə ikihəftəlik özünütəcrid tələbi tətbiq olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu həftədən etibarən Avstriya, Belçika, İspaniya, Niderland, Xorvatiya, İrlandiya, İslandiya, İtaliya, Yunanıstan, Kipr, Litva, Lixtenşteyn, Latviya, Norveç, Polşa, Fransa, Malta, Almaniya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, Danimarka, Çexiya və Macarıstandan gələn sərnişinlərdən özünütəcrid rejiminə riayət etmək tələb olunmayacaq. Lakin bu sərnişinlərin Estoniyaya səfər etməzdən əvvəl yuxarıda adları qeyd olunan ölkələrdə ən azı 14 gün keçirmələri şərtdir.

Dünyanın qalan ölkələrindən Estoniyaya gələnlər üçün özünütəcrid tələbi əvvəlkitək qüvvədə qalıb.