Dünya əhalisinin çoxu koronavirus təhlükəsini şişirdilmiş hesab etmir


Dünya 01 İyl 2020 02:30:00 264 0

Dünya əhalisinin çoxu koronavirus təhlükəsini şişirdilmiş hesab etmir

Planetimizin əhalisinin əksəriyyəti bu fikirdədir ki, koronavirus təhlükəsi şişirdilməyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Romir" holdinq və Gallup International tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, aprel ayı ilə müqayisədə koronavirus təhlükəsini şişirdilmiş sayan insanların sayı 33 faizdən 41 faizə yüksəlib. Buna baxmayaraq, təhlükəni şişirdilmiş sayanların sayı mart ayında qeydə alınan göstəricidən (49 faiz) az olub. Respondentlərin əksəriyyəti (54 faiz) əvvəlki kimi təhlükənin ciddiliyinə inanır.

Koronavirus təhlükəsinin şişirdildiyinə ən çox Bosniya və Herseqovinada (66 faiz), Qazaxıstanda (61 faiz), Moldovada və Bolqarıstanda (hər birində 58 faiz), ən az isə Böyük Britaniyada və Cənubi Koreyada (hər birində 15 faiz), həmçinin Yaponiyada (18 faiz) inanırlar.

Sorğunun nəticələri insanların 67 faizinin özlərinin və yaxınlarının sağlamlığından ciddi narahat olduğunu göstərib.

Yoluxmadan ən çox Cənubi Koreyada (86 faiz), Filippində (84 faiz) və Honkonqda (80 faiz), ən az isə Avstriyada (42 faiz), Qazaxıstanda (46 faiz) və Bolqarıstanda (51 faiz) qorxurlar.