Tehranda partlayış zamanı ölənlərin sayı 19 nəfərə çatdı - VİDEO - YENİLƏNİB-2


Dünya 01 İyl 2020 00:45:00 264 0

Tehranda partlayış zamanı ölənlərin sayı 19 nəfərə çatdı - VİDEO - YENİLƏNİB-2

İranın paytaxtı Tehranda partlayış olub.

İranın paytaxtı Tehranın şimalındakı klinikalardan birində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Yanğınsöndürmə Xidmətinin nümayəndəsi Cəlal Maliki bildirib.

Daha əvvəl hadisə zamanı 13 nəfərin öldüyü qeyd edilirdi. Səhiyyə nazirinin müavini İraca Harirçi bildirib ki, hadisə zamanı binada 25 nəfər olub.

Klinikanın binası partlayış zamanı ciddi zərər çəkib.

***23:17

İranın paytaxtı Tehranın şimalındakı klinikalardan birində baş vermişpartlayış və yanğın nəticəsində azı 13 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə həkimlərə istinadən“Fars” agentliyi bildirib.

Qeyd edilir ki, hadisə zamanı daha altı nəfər yaralanıb.

Daha əvvəl yerli KİV Tehrandakı Şəriəti küçəsində tibbi klinikada partlayış və yanğının baş verməsi haqqında bildirib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

***21:07

İranın paytaxtı Tehranın şimalında partlayış olub.

"Report" xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

İlkin məlumata görə, partlayış tibb mərkəzində baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Partlayışın başvermə səbəbi hələ məlum deyil.

شنیده شدن صدای انفجار در شمال تهراندر اثر این انفجار که در حال حاضر منشأ نامشخصی دارد، در منطقه تجریش دودی به هوا بلند شده است pic.twitter.com/xSy4f9rdlE

— خبرگزاری ایسنا (@isna_farsi) June 30, 2020