COVID19a yoluxma hallarının say nisbətinə görə Avropada liderdir


Dünya 01 İyl 2020 00:45:00 240 0

COVID19a yoluxma hallarının say nisbətinə görə Avropada liderdir

Son bir həftə ərzində Moldovada koronavirusa hər bir milyon nəfərə 585 yoluxma faktı qeydə alınıb. Bu göstərici ilə Moldova Avropa ölkələri arasında əhalinin say nisbətinə görə COVID-19-a yoluxanların siyahısına başçılıq edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən həftə bu siyahıda ikinci yeri hər milyon nəfərə 514 yoluxma ilə İsveç tutub. Üçüncü yerdə isə hər milyon nəfərə 468 yoluxma faktı ilə Şimali Makedoniya qərarlaşıb.

Qeyd edək ki, Moldovada virusa yoluxanların ümumi sayı 16 min 250 nəfərə çatıb. İndiyədək bu ölkədə virusdan 530 nəfər ölüb.