Apple niyə Intel prosessorlarından imtina edir?


Digərləri 30 İyn 2020 23:20:00 253 0

Apple niyə Intel prosessorlarından imtina edir?

Texnologiya nəhəngi Apple Mac-larda öz istehsalı olan ARM prosessorlarını istifadə etməyə hazırlaşır. Apple Silicon adı verilən prosessorlara maraq böyükdür. Yaxşı, bəs bu qərarın altında nə yatır? Bütün işlər yolunda getdiyi bir vaxtda şirkət niyə belə addım atır?

Son.az ted.az-a istinadən bildirir ki, qərarın verilməsinə səbəb performans artırmaq, enerji istehlakını isə minimuma endirməkdir.

Apple Silicon-un Mac-larda inqilab yaradacağı deyilir. Bundan başqa, qərar firmanın maddi vəziyyətinə də müsbət təsir göstərəcək. Çünki Apple bu mövzuda başqa şirkətin məhsuluna ehtiyac duymayacaq.

Bəzi mənbələrə görə isə ən böyük səbəb Apple ilə Intel arasında yaşanan problemlərdir. Sabiq Intel mühəndislərindən birinin açıqlamasında deyilir ki, Apple Intel-in problemli olduğu deyilən Skylake prosessorlarına görə ciddi çətinliklərlə üzləşib.

Bu prosessorlarda böyük xətalar aşkara çıxaran şirkət, nəhayət, öz güc qaynağını istehsal etməyə qərar verib.