AirDrop yalnız smartfonlarda istifadə edilməyəcək


Digərləri 30 İyn 2020 23:10:00 275 0

AirDrop yalnız smartfonlarda istifadə edilməyəcək

Android 11-in əsas yeniliklərindən biri faylların cihazlar arasında sürətli və asan mübadiləsi funksiyası - AirDropdur.

Son.az ted.az-a istinadən bildirir ki, Google-un Nearby Sharing adlı AirDrop analoqu təkcə Android cihazlar arasında çalışmayacaq. Texnologiya Android cihazlar ilə yanaşı, həmçinin Windows, Linux, macOS və ChromeOS əməliyyat sistemləri vasitəsilə çalışan kompüterlər arasında da fayl mübadiləsi edəcək. Amma Google şirkətinin bu cür müxtəlif platformalar arasındakı fayl mübadiləsini necə reallaşdıracağı bilinmir.