Fransada COVID-19-dan ölənlərin sayı 30 minə çatır


Dünya 30 İyn 2020 22:40:02 253 0

Fransada COVID-19-dan ölənlərin sayı 30 minə çatır

Fransada koronavirus qurbanlarının sayı 29,8 min ötüb.

Fransada koronavirus qurbanlarının sayı 29,8 min nəfəri ötüb.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, hazırda xəstəxanalarda 8,5 mindən çox insan müalicə edilir.

"Fransada epidemiyanın başlanğıcından 29 843 insan öldü. Onlardan 19 346-sı xəstəxanalarda, 10 497 nəfər sosial və tibbi-sosial müəssisələrdə vəfat edib”, - rəsmi məlumatda deyilir.