Microsoft oflayn mağazalarını həmişəlik bağlı saxlayacaq


Digərləri 30 İyn 2020 22:45:00 238 0

Microsoft oflayn mağazalarını həmişəlik bağlı saxlayacaq

Texnologiya nəhəngi Microsoft oflayn mağazalarını bağlayacaq.

Son.az ted.az-a istinadən bildirir ki, Microsoft, "yeni pərakəndə ticarət strategiyası" çərçivəsində bütün oflayn mağazalarını bağlamaq qərarına gəlib.

"Onlayn satışlarımız artıb. Komandamız adi mağazalardan kənar uğurlu fəaliyyəti ilə seçilib", - deyə Microsoft-un vitse-prezidenti Devid Porter bəyan edib.

D.Porter bildirib ki, şirkət Microsoft.com saytındakı rəqəmsal məhsullarını və Xbox, həmçinin Windows mağazalarını inkişaf etdirəcək.