Microsoft yeni antivirusunu istifadəyə verdi


Digərləri 30 İyn 2020 22:15:00 242 0

Microsoft yeni antivirusunu istifadəyə verdi

Microsoft smartfonlar üçün Defender antivirusunun ilkin versiyasını təqdim edib.

Son.az ted.az-a istinadən bildirir ki, yeni antivirus mobil tətbiqlərin təhlükəsizliyini yoxlayacaq.

Microsoft Defender antivirusu "Android" smartfonlar üçün açıq test çərçivəsində çalışacaq. 2020-ci ilin sonunadək antivirusun iOS versiyasının çıxarılacağı da gözlənilir.

Antivirusun əsas məqsədi fırıldaqçıların istifadəçilərin şifrlərini, bank kartlarının məlumatlarını və başqa vacib informasiyaları ələ keçirməsinin qarşısını almaq üçün fişinq hücumlarından müdafiədir.