Kosmosa ilk turist bu tarixdə uçacaq


Digərləri 30 İyn 2020 22:10:00 269 0

Kosmosa ilk turist bu tarixdə uçacaq

Enerqiya Raket-Kosmik Korporasiyası və Space Adventures Inc şirkəti arasında müqavilə imzalanıb.

Son.az ted.az-a istinadən bildirir ki, müqaviləyə görə, tarixdə ilk dəfə kosmik turist 2023-cü ildə açıq kosmosa uçacaq.

Turist peşəkar kosmonavtın müşayiəti ilə Soyuz MS kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentinə çatdırılacaq.

Qeyd edək ki, son 9 ildə BKS-a yalnız Soyuz kosmik gəmiləri uçub çata bilirdi. Amma mayın 30-da SpaceX şirkətinə məxsus Falcon 9 raket-daşıyıcısı ilə Crew Dragon kosmik gəmisi Floridadan havaya qalxaraq uğurlu uçuş həyata keçirib.