CocaCola sosial şəbəkələrdə reklam yerləşdirməkdən imtina edir


Digərləri 30 İyn 2020 21:45:00 233 0

CocaCola sosial şəbəkələrdə reklam yerləşdirməkdən imtina edir

Dünyanın ən iri alkoqolsuz içki istehsalçısı olan "Coca-Cola" şirkəti azı 30 gün müddətində sosial şəbəkələrdə reklam yerləşdirməkdən imtina edəcək.

Son.az ted.az-a istinadən bildirir ki, bunu şirkətin baş icraçı direktoru Ceyms Kuinsi deyib.

O bildirib ki, bu qərar Feysbukun irqçilik, zorakılıq kimi mövzularda paylaşımların nizamlama qaydalarının olmaması ilə bağlı atılıb.

C.Kuinsi bildirib ki, şirkət bu müddət ərzində öz reklam siyasətini təkrar nəzərdən keçirəcək.