Britaniyada pandemiya qurbanlarının sayı 43,7 mini ötdü


Dünya 30 İyn 2020 21:36:18 240 0

Britaniyada pandemiya qurbanlarının sayı 43,7 mini ötdü

Böyük Britaniyada bir gün ərzində koronavirus qurbanlarının sayı 155 nəfər artıb.

Böyük Britaniyada bir gün ərzində koronavirus qurbanlarının sayı 155 nəfər artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da pandemiya qurbanlarının sayı 43 730-a çatıb.

Son sutkada COVID-19-a daha 689 yoluxma qeydə alınıb. Hazırda Böyük Britaniyada koronavirus qurbanlarının ümumi sayı 312 654 nəfər təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.