Olimpiya mükafatçısı yeni vəzifəyə təyin edilib


Siyasət 30 İyn 2020 21:28:25 272 0

Olimpiya mükafatçısı yeni vəzifəyə təyin edilib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.

Mövlud Mirəliyev

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin olimpiadasının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.