Televiziya vasitəsilə You Tubeu izləyənlərin sayı açıqlandı


Digərləri 30 İyn 2020 21:20:00 223 0

Televiziya vasitəsilə You Tubeu izləyənlərin sayı açıqlandı

Məşhur video yayım platforması olan YouTube son paylaşdığı məlumatla istifadəçilərin telefonlardan uzaqlaşaraq böyük ekranlara üstünlük verdiyini bildirib.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət ABŞ-da 100 milyondan çox insanın televiziya üzərindən YouTube-a daxil olduğunu söyləyib.

Həmçinin televiziyaya baxma müddəti əvvəlki ilə nisbətən 80% artdığı halda, canlı məzmuna baxma sürəti 2019 ilə müqayisədə 250% artıb.

Onu da bildirək ki, Google uzun müddətdir istifadəçiləri daha böyük ekranlara yönəldir. Hazırda ortaya çıxan məlumatlara baxsaq, Google-ın səyləri öz bəhrəsini verib. Ancaq əslində koronavirusa görə evdə qalan bir çox insan televizor istifadəsinin artmasında da mühüm rol oynadı.