Sürücülük vəsiqələri smartfonlara daşınacaq


Digərləri 30 İyn 2020 21:05:00 180 0

Sürücülük vəsiqələri smartfonlara daşınacaq

Cənubi Koreyanın telekommunikasiya şirkətləri sürücülük vəsiqələrinin PASS mobil tətbiqinə inteqrasiyası layihəsi üzərində işləyirlər.

Son.az ted.az-a istinadən bildirir ki, bu ölkədə iyuldan sürücülük vəsiqələri yalnız rəqəmli formada təqdim olunacaq.

Yayılan məlumatlarda tətbiqin həm Android, həm də iOS ilə işləyən cihazlara yüklənəcəyi bildirilir. İstifadəçilər mobil proqramda rəqəmli lisenziya, şəkil, QR kod və ştrix kod vasitəsilə məlumatlarını qeyd edə biləcəklər. Proqramdakı məxfi informasiyalar ekran görüntüsünü kənar gözlərdən gizlədən xüsusi animasiya və blokçeyn texnologiyaları ilə qorunacaq.