Amazon robomobil startapını satın alır —


Digərləri 30 İyn 2020 21:10:00 190 0

Amazon robomobil startapını satın alır —

Amazon şirkəti robomobil istehsalçısı olan Zoox startapını təxminən 1 milyard ABŞ dollarına satın almağa hazırlaşır. Razılıq əldə olunub.

Son.az ted.az-a istinadən bildirir ki, Amazon.com özünü idarə edən nəqliyyat vasitələrinin texnologiyası üzərində işləyən Zoox startapını satın alacaq.

E-ticarət nəhənginin bu addımı avtonom nəqliyyat vasitələrinin texnologiyası sahəsində fəaliyyətini artıracaq.

Alqı-satqının dəqiq qiyməti qeyd edilməyib, qiymət yaxın günlərdə bilinəcək.