"Hyundai" 48 minə yaxın avtomobili geri çağırdı


Digərləri 30 İyn 2020 20:58:00 196 0

"Hyundai" 48 minə yaxın avtomobili geri çağırdı

"Hyundai Motor" şirkəti Rusiyada 48 minə yaxın avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar əyləc zamanı təkərlərin antiblok sistemində mümkün qısaqapanma ilə əlaqədar verilib.

Geri çağırılma 2005-ci ilin avqustundan 2011-ci ilin mayınadək satılmış "Elantra" modellərinə şamil olunub.

Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.