İranda sayt rəhbəri edama məhkum edilib


Dünya 30 İyn 2020 20:03:00 208 0

İranda sayt rəhbəri edama məhkum edilib

İranda ötən ilin oktyabr ayında həbs olunan "Amadnews" saytının rəhbəri Ruhullah Zəm edama məhkum olunub.

Son.az APA-ya istinadən xəbər verir ki, İranın təhlükəsizlik orqanları R. Zəmə qarşı bir sıra, o cümlədən Neft Nazirliyində işləyərkən korrupsiya ilə məşğul olması barədə ittiham irəli sürüb.

Qeyd edək ki, R. Zəm 2009-cu ilin prezident seçkilərindən sonra tanınmış müxalifətçiyə çevrilib. O, İran ruhanisi Məhəmməd Əli Zəmin oğludur. R. Zəm bir müddət İranda həbsdə olub, daha sonra Malayziyaya, ordan da Fransaya qaçıb.