Tailandda fövqəladə vəziyyət daha bir ay uzadıldı


Dünya 30 İyn 2020 20:06:00 224 0

Tailandda fövqəladə vəziyyət daha bir ay uzadıldı

Tailandda koronavrus pandemiyası ilə əlaqədar tətbiq edilmiş fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə uzadılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.

Yeni qərara əsasən, Tailandda fövqəladə vəziyyət iyulun 31-dək qüvvədə olacaq.

Eyni zamanda, iyulun 1-dən başlayaraq ölkədə bəzi məhdudiyyətlər də yumşaldılmağa davam edəcək.