Azərbaycanda koronavirusa görə niyə ekspress testlərdən istifadə olunmur?


Digərləri 30 İyn 2020 19:27:00 237 0

Azərbaycanda koronavirusa görə niyə ekspress testlərdən istifadə olunmur?

Ekspress testlər konkret olaraq koronavrus xəstəllərinin aşkarlanmasını müəyyənləşdirmir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, ekspress testin tətbiqi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təstiq almayıb: "Biz bu gün PZR testini edirik və bu da ÜST tərəfindən koronavirus aşkarlayan ən yüksək test kimi qiymətləndirilib.

Ekspress testlər sadəcə bu xəstəliyi ehtimal edə bilər. Konkret bu virusu aşkarlayan test hələ ki PZR testidir və bütün dünyada da bu test təstiqini tapıb".

Son.az