TƏBİB rəsmisi COVİD xəstəxanasındakı tullantılar haqda da danışdı


Digərləri 30 İyn 2020 19:12:00 258 0

TƏBİB rəsmisi COVİD xəstəxanasındakı tullantılar haqda da danışdı

COVİD xəstəxanasındakı tullantılar xüsusi maşınlarla daşınır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu məsələyə gündəlik nəzarət edilir: "Cəlilabad xəstəxanasında tullantıların həyətə toplanmasına gəlincə isə bu iş yükünün çoxluğu ilə bağlı olub: "Həmin ərazi tullantılar üçün nəzərdə tutulub. İş yükündən həmin ərazidə tullantılar yığılıb. Bu məsələ nəzarətə götürülüb və bir də bu hallara yol verilməyəcək".