Yaqut Qarayeva: Karantin rejimi nəticəsini verir


Digərləri 30 İyn 2020 19:15:00 257 0

Yaqut Qarayeva: Karantin rejimi nəticəsini verir

Azərbaycanda tətbiq edilən karantin rejiminin nəticə verməməsi səhvdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, karantin rejimi nəticəsini verir: "Bizim tətbiq etdiyimiz karantin nəticəsində yoluxma sabitləşib. Karantin bizim xəstəxanalarda palata sayımızı nizamlamağa imkan verir, xəstələrin yerləşdirilməsinə şərait yaradır. Karantin rejimi həmçinin xəstəliyin yoluxma səviyyəsinin iki dəfə artmasının qarşısını alır"