Azərbaycanda da koronavirusun mutasiyası ilə bağlı araşdırma aparılacaq


Digərləri 30 İyn 2020 19:18:00 226 0

Azərbaycanda da koronavirusun mutasiyası ilə bağlı araşdırma aparılacaq

Virusun mutasiya etməsi haqqında məlumatlar dünya mətbuatında yer alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda bunula bağlı araşdırma aparılmır: "Bu məsələ ilə əlaqəli məlumatlar hələ aparılacaq tədqiqatların mövzusudur. Bu yeni virusdur. Azərbaycanda da bununla bağlı araşdırma aparılacaq".

Son.az