Hikmət Hacıyev: Ermənistan hakimiyyəti rəqəmlərin əksəriyyətini gizlədir


Digərləri 30 İyn 2020 18:54:00 241 0

Hikmət Hacıyev: Ermənistan hakimiyyəti rəqəmlərin əksəriyyətini gizlədir

Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində ölkədə koronavirusla bağlı acınacaqlı vəziyyət höküm sürür.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Ermənistan hakimiyyəti rəqəmlərin əksəriyyətini gizlədir, düzgün məlumat vermir.

PA rəsmisi vurğulayıb ki, Ermənistan dünyadan yardım diləndiyi halda, Azərbaycan Prezidentinin BMT Baş Assamblyeasının xüsusi sessiyasının keçirilməsio ilə bağlı qlobal təşəbbüsünüə qarşı çıxır: "Bu bir daha Ermənistanın əsl mahiyyətini ortaya qoymuş oldu. Bütün dünya ölkələri koronavirusla bağlı həmrəylik nümayiş etdirir. Dünya ölkələri bəyan edir ki, bu təşəbbüs çox vacib və yerində irəli sürülən bir təşəbbüsdür. Lakin Ermənistan tərəfi bu təşəbbüsə qarşı çıxmaqla əsl mahiyyətini ortaya qoymuş oldu".