Nigeriyada avtobus aşıb, 18 nəfər ölüb


Dünya 30 İyn 2020 17:44:09 218 0

Nigeriyada avtobus aşıb, 18 nəfər ölüb

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları araşdırma aparır.

Nigeriyanın cənub-şərqində yerləşən Abiya əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, avtobus Abiyanın Aba şəhərindən İmo əyalətinin Overri şəhərinə gedirmiş.

Məlumata görə, qəzaya yüksəksürət səbəb olub. Belə ki, nəqliyyat vasitəsinintəkəri çıxdığı üçün sürücü idarəetməni itirib. Avtobus bir neçə dəfə aşıb.

Polis hadisə qurbanlarının sayını dəqiq deməsə də, yerli KİV ölənlərin 18-dən çox olduğunu yazıb.

Hüquq-mühafizə orqanları araşdırma aparır.