“Rabitəbank”dan məcburi köçkün ailəsinə 65 000 AZN yardım
İqtisadiyyat 30 İyn 2020 17:49:24 253 0
Bu gün 27-ci fəaliyyət ilini qeyd edən “Rabitəbank” ASC üçün 2020-ci il müstəsna il olub.
Bu gün 27-ci fəaliyyət ilini qeyd edən “Rabitəbank” ASC üçün 2020-ci il müstəsna il olub.
"Report" xəbər verir ki,“Rabitəbank” ölkədə COVID-19 virusu ilə bağlı tətbiq edilən karantin rejiminin şərtlərinə uyğun olaraq, öz ad günündə artıq ənənə halını almış korporativ-hesabat tədbirini təxirə salıb.Lakin bununla yanaşı, “Rabitəbank” sözükeçən tədbirə sərf ediləcək vəsaiti Zəngilan rayonu, Məmmədbəyli kəndindən olan doqquz nəfərlik məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərf edərək bu ad gününü yaddaqalan edib.
Doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayan “Rabitəbank” 29 iyunda Məmmədəmin Rəsulzadə qəsəbəsində məskunlaşmış doqquz nəfər üzvü olan Emiralıyev ailəsini sevindirib. İllərdir ev arzusunda olan Emiraliyevlər ailəsinə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Rabitəbank” tərəfindən ailəyə 65 min manat birdəfəlik maliyyə yardımı göstərilib. Zəngilan rayonunun Məmmədbəyli kəndindən olan böyük ailənin başçısı Emiralıyev Bilal Xanı oğlu “Rabitəbank”a bu təşəbbüsə görə minnətdarlığını bildirmiş, bu addımın nümunəvi mənəvi hərəkət olduğunu vurğulayıb: “Böyükdən kiçiyə qədər, hər bir ailə üzvümüzün adından “Rabitəbank”a sonsuz təşəkkürümüzü bildiririk, bizi unutmadıqları üçün və səxavətliliyə görə çox sağ olun”.
“Rabitəbank” korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq 2020-ci ildə də aztəminatlı ailələrin həssas vətəndaş qruplarına rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atmaqdadır və bu addımlar gələcəkdə də davam edəcəkdir.
Qeyd edək ki, "Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı Chatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Epidemiya başlayandan bəri koronavirus ilə bağlı ümumilikdə 572 664 test

"Azərbaycanda bəzi dairələrin, bəzi sosial şəbəkə fəallarının, radik

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları araşdırma aparır.

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfind

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu

Milli Məclisin 29 iyun tarixli plenar iclasında Regional məsələlər komitə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi ilə

Buna görə yəqin ki, iyul-avqust aylarında ölkələr daha çox açılacaq.

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

"Hər hansı bir simptomu olmayan şəxsin "COVİD-19" testi ilə

SOCAR "Azərbaycan Beynəlxalq Bankı"ndakı vəsaitlərini artırıb

Pakistanla vətəndaşların mübadiləsi keçirildi

Son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından ke

İyunun 30-da Baş prokuror Kamran Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin

Koronavirusa yoluxanların sayı 10 milyon yarıma yaxınlaşır.
