159 Pakistan vətəndaşı ölkəsinə yola salındı


Digərləri 30 İyn 2020 17:58:00 236 0

159 Pakistan vətəndaşı ölkəsinə yola salındı

Bu gün xüsusi reyslə 159 Pakistan vətəndaşı Azərbaycandan Pakistana yola salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bilidirilib ki, bu gün xüsusi reyslə biri uşaq olmaqla 159 Pakistan vətəndaşı Bakıdan İslamabada yola salınıb. Geri qaytarılan Pakistanlıların əksəriyyəti, qısamüddətli vizalarla Azərbaycana gələn və COVID-19 yayılmasından sonra bütün beynəlxalq uçuşların dayandırılması səbəbi ilə Pakistana geri dönə bilməyən turistlər və iş adamları olub:

"Azərbaycan Hökumətinə göstərdikləri dəstəyə və vətəndaşlarımızın rahat şəkildə vətənə qaytarılmalarına köməyə görə minnətdarıq"