Prezident: "Pandemiyadan dərhal sonra addımlarımızı çox dəqiq planlaşdırmalıyıq"


Siyasət 30 İyn 2020 17:31:48 48 0

Prezident: "Pandemiyadan dərhal sonra addımlarımızı çox dəqiq planlaşdırmalıyıq"

Buna görə yəqin ki, iyul-avqust aylarında ölkələr daha çox açılacaq.

İlham Əliyev

"Biz Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə riayət edəcəyik. Əlbəttə, dediyim kimi, daha çox inkişaf etmiş turizm sənayesinə malik olan ölkələrin addımlarını müşahidə edəcəyik. Xüsusən ona görə ki, yay mövsümünün az qala üçdəbir hissəsi arxada qalıb. Buna görə yəqin ki, iyul-avqust aylarında ölkələr daha çox açılacaq. Mən dünyada baş verən hadisələri müşahidə edirəm və görürəm ki, turizm istiqamətləri arasında aviasiya əlaqələri artıq bərpa olunur, buna görə biz bu prosesi çox diqqətlə izləyəcəyik".

"Report"un xəbərinə görə, bunu iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirilən videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

"Eyni zamanda, onu da demək istərdim ki, indi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Bir daha demək istəyirəm ki, səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik.

Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir. Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq. Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Belə ki, burada bütün amillər var. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz. Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir", - dövlət başçısı əlavə edib.

Manatın sabaha MƏZƏNNƏSİ like
  • 30 İyn 17:30  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı
“Simptom yoxdursa, testi poliklinikanın tibb bacısı götürəcək” like
  • 30 İyn 17:24  
Digərləri “Simptom yoxdursa, testi poliklinikanın tibb bacısı götürəcək”

"Hər hansı bir simptomu olmayan şəxsin "COVİD-19" testi ilə

arrow Ətraflı
SOCAR "Azərbaycan Beynəlxalq Bankı"ndakı vəsaitlərini artırıb like
  • 30 İyn 17:23  
İqtisadiyyat SOCAR "Azərbaycan Beynəlxalq Bankı"ndakı vəsaitlərini artırıb

​SOCAR "Azərbaycan Beynəlxalq Bankı"ndakı vəsaitlərini artırıb

arrow Ətraflı
Azərbaycanda daha 3 siyasi partiya qeydiyyata alındı - SİYAHI like
  • 30 İyn 17:19  
Siyasət Azərbaycanda daha 3 siyasi partiya qeydiyyata alındı - SİYAHI

Son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından ke

arrow Ətraflı
Baş prokuror BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü like
  • 30 İyn 17:18  
Sosial Baş prokuror BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü

İyunun 30-da Baş prokuror Kamran Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin

arrow Ətraflı
Koronavirusa yoluxanların sayı 10 milyon yarıma çatır like
  • 30 İyn 17:18  
Dünya Koronavirusa yoluxanların sayı 10 milyon yarıma çatır

Koronavirusa yoluxanların sayı 10 milyon yarıma yaxınlaşır.

arrow Ətraflı
Belarus Ali Məhkəməsi ölüm hökmünə məhkum edilən şəxsin cəzasını ləğv edib like
  • 30 İyn 17:15  
Dünya Belarus Ali Məhkəməsi ölüm hökmünə məhkum edilən şəxsin cəzasını ləğv edib

Dəstənin daha iki üzvü Vitali Myatej 22 il, Valentin Buşnin isə 18 il azad

arrow Ətraflı
Prezident: "Sərhədlərimiz yalnız Azərbaycan vətəndaşlarının qəbulu və ölkəni tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır" like
  • 30 İyn 17:14  
Siyasət

Belə bir mühüm beynəlxalq təşkilatın həmin Şura iclasının Bakıda ke

arrow Ətraflı
Bərdədə ağac kəsən şəxs cəzalandırıldı like
  • 30 İyn 17:13  
Sosial Bərdədə ağac kəsən şəxs cəzalandırıldı

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfind

arrow Ətraflı
Sevgilisini keçmiş xanımı ilə tanış etdi like
  • 30 İyn 17:12  
Digərləri Sevgilisini keçmiş xanımı ilə tanış etdi

Məşhur müğənni İbrahim Tatlısəs özündən 43 yaş kiçik sevgilisi Gül

arrow Ətraflı
Mütəxəssis: Azərbaycanda artıq yüngül vəziyyətdə olan xəstələrin evdə müalicəsi zəruridir like
  • 30 İyn 17:06  
Digərləri Mütəxəssis: Azərbaycanda artıq yüngül vəziyyətdə olan xəstələrin evdə müalicəsi zəruridir

Azərbaycanda COVİD-19-a yoluxmuş xəstələrin sayı artacağı təqdirdə s

arrow Ətraflı
Turizm bərpa olunana qədər dövlət bu sahənin işçilərinə dəstək göstərəcək like
  • 30 İyn 17:05  
Siyasət Turizm bərpa olunana qədər dövlət bu sahənin işçilərinə dəstək göstərəcək

Ə​lbəttə, turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahəl

arrow Ətraflı