Azərbaycan Prezidenti: İndi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk


Siyasət 30 İyn 2020 16:52:00 58 0

Azərbaycan Prezidenti: İndi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk

"İndi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 30-da Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirilən videokonfrans zamanı deyib.

Dövlər başçısı bildirib:

"Biz Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə riayət edəcəyik. Əlbəttə, dediyim kimi, daha çox inkişaf etmiş turizm sənayesinə malik olan ölkələrin addımlarını müşahidə edəcəyik. Xüsusən ona görə ki, yay mövsümünün az qala üçdəbir hissəsi arxada qalıb. Buna görə yəqin ki, iyul-avqust aylarında ölkələr daha çox açılacaq. Mən dünyada baş verən hadisələri müşahidə edirəm və görürəm ki, turizm istiqamətləri arasında aviasiya əlaqələri artıq bərpa olunur, buna görə biz bu prosesi çox diqqətlə izləyəcəyik.

Eyni zamanda, onu da demək istərdim ki, indi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Bir daha demək istəyirəm ki, səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik.

Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir. Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq. Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Belə ki, burada bütün amillər var. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz. Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir".

Azərbaycan Prezidenti: Ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq like
  • 30 İyn 16:51  
Siyasət

"Ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əmək

arrow Ətraflı
Azərbaycanlı müğənninin ölümünün əsl səbəbi bilindi like
  • 30 İyn 16:49  
Digərləri Azərbaycanlı müğənninin ölümünün əsl səbəbi bilindi

Azərbaycanlı müğənni, "Ağbaba" qrupunun solisti Faiq Tağıoğ

arrow Ətraflı
Prezident İlham Əliyev və ÜTT-nin Baş katibi arasında videokonfrans keçirilib - YENİLƏNİB like
  • 30 İyn 16:47  
Siyasət Prezident İlham Əliyev və ÜTT-nin Baş katibi arasında videokonfrans keçirilib - YENİLƏNİB

İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) təşəbbüsü

arrow Ətraflı
Bu həftə 28 mindən çox insan imtahan verəcək like
  • 30 İyn 16:46  
Sosial Bu həftə 28 mindən çox insan imtahan verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2-3 iyul tarixlərində ümumi (9 illi

arrow Ətraflı
Mikayıl Cabbarov: Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik like
  • 30 İyn 16:39  
Digərləri Mikayıl Cabbarov: Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik

Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik.

arrow Ətraflı
Baş nazir: "Karaçidəki terroru Hindistan törədib" like
  • 30 İyn 16:37  
Dünya Baş nazir: "Karaçidəki terroru Hindistan törədib"

“Bunu Hindistanın törətdiyinə heç bir şübhə yoxdur”,- İmran Xan bil

arrow Ətraflı
DSMF-nin Nizamnamə fondu müəyyənləşib like
  • 30 İyn 16:34  
Siyasət DSMF-nin Nizamnamə fondu müəyyənləşib

Dövlət Sosial Müdafiə&Fondunun (DSMF)&İdarə Heyəti Əmək və əhalinin s

arrow Ətraflı
23 iyul tarixlərində buraxılış imtahanları keçiriləcək like
  • 30 İyn 16:33  
Digərləri 23 iyul tarixlərində buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2-3 iyul tarixlərində ümumi (9 illi

arrow Ətraflı
SOCAR Gəmiqayırma zavodunda payını 17% artırıb like
  • 30 İyn 16:31  
İqtisadiyyat SOCAR Gəmiqayırma zavodunda payını 17% artırıb

​SOCAR Gəmiqayırma zavodunda payını 17% artırıb

arrow Ətraflı
İqtisadiyyat Nazirliyi COVID-19-a görə olan ciddi itkilərdən çıxış yolu axtarışında like
  • 30 İyn 16:30  
İqtisadiyyat İqtisadiyyat Nazirliyi COVID-19-a görə olan ciddi itkilərdən çıxış yolu axtarışında

Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib

arrow Ətraflı
“Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfelinin tərkibi dəyişib like
  • 30 İyn 16:30  
İqtisadiyyat “Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfelinin tərkibi dəyişib

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-

arrow Ətraflı
İqtisadiyyat naziri: “Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik” like
  • 30 İyn 16:22  
İqtisadiyyat İqtisadiyyat naziri: “Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik”

“Pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkə biləcəyini istisn

arrow Ətraflı
"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib like
  • 30 İyn 16:21  
Digərləri "Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

Bu gün "Azərişıq" ASC ölkəyə gətirdiyi "SMART card reader

arrow Ətraflı