Koronavirusa yoluxanların sayı 10 milyon yarıma çatır


Dünya 30 İyn 2020 17:18:00 243 0

Koronavirusa yoluxanların sayı 10 milyon yarıma çatır

Koronavirusa yoluxanların sayı 10 milyon yarıma yaxınlaşır.

Son.az xəbər verir ki, yeni növ koronavirusa yoluxanların sayı 10,436,954-ə çatıb. Bugünkü statistikaya görə 508,876 Covid-19 səbəbi ilə dünyasını dəyişib.

ABŞ koronavirusa yoluxanların və ölənlərin sayına görə siyahıda uzun müddətdir ki liderdir. Siyahıda ikinci yeri Braziliya, üçüncü yeri isə Rusiya tutur.

Bu xəstəlikdən müalicə olunaraq sağalanların sayı isə 5,695,572 nəfərdir. Lakin mütəxəssislərin fikrincə koronavirusdan tamamilə sağalmaq mümkün deyil. Belə ki, koronavirusdan sağalan şəxslərin ağciyərlərinin fəaliyyəti xeyli zəifləyir, gələcəkdə sürətli hərəkət zamanı təngnəfəsliyə səbəb olur.