Bu həftə 28 mindən çox insan imtahan verəcək


Sosial 30 İyn 2020 16:46:31 48 0

Bu həftə 28 mindən çox insan imtahan verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2-3 iyul tarixlərində ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcəkdir

© Report

Dövlət İmtahan Mərkəzi 2-3 iyulda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirəcək.

Mərkəzdən "Report"a verilən məlumata görə,İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır.Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 26-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar 2 və 3 iyul tarixlərində respublikanın28 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 138 imtahan binası, 2345 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 138 ümumi imtahan rəhbəri, 374 imtahan rəhbəri, 3055 nəzarətçi–müəllim, 276 buraxılışı təşkil edən əməkdaş, 138 bina nümayəndəsi ayrılıb.

İyulun 2-də keçiriləcək imtahanlarda 13450, iyulun 3-də keçiriləcək imtahanlarda isə 15526 nəfər olmaqla, ümumilikdə 28976 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə imtahan günündən 2 gün əvvəl də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları iləburadan tanış ola bilərsiniz.

Mikayıl Cabbarov: Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik like
  • 30 İyn 16:39  
Digərləri Mikayıl Cabbarov: Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik

Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik.

arrow Ətraflı
Baş nazir: "Karaçidəki terroru Hindistan törədib" like
  • 30 İyn 16:37  
Dünya Baş nazir: "Karaçidəki terroru Hindistan törədib"

“Bunu Hindistanın törətdiyinə heç bir şübhə yoxdur”,- İmran Xan bil

arrow Ətraflı
DSMF-nin Nizamnamə fondu müəyyənləşib like
  • 30 İyn 16:34  
Siyasət DSMF-nin Nizamnamə fondu müəyyənləşib

Dövlət Sosial Müdafiə&Fondunun (DSMF)&İdarə Heyəti Əmək və əhalinin s

arrow Ətraflı
23 iyul tarixlərində buraxılış imtahanları keçiriləcək like
  • 30 İyn 16:33  
Digərləri 23 iyul tarixlərində buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2-3 iyul tarixlərində ümumi (9 illi

arrow Ətraflı
SOCAR Gəmiqayırma zavodunda payını 17% artırıb like
  • 30 İyn 16:31  
İqtisadiyyat SOCAR Gəmiqayırma zavodunda payını 17% artırıb

​SOCAR Gəmiqayırma zavodunda payını 17% artırıb

arrow Ətraflı
İqtisadiyyat Nazirliyi COVID-19-a görə olan ciddi itkilərdən çıxış yolu axtarışında like
  • 30 İyn 16:30  
İqtisadiyyat İqtisadiyyat Nazirliyi COVID-19-a görə olan ciddi itkilərdən çıxış yolu axtarışında

Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib

arrow Ətraflı
“Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfelinin tərkibi dəyişib like
  • 30 İyn 16:30  
İqtisadiyyat “Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfelinin tərkibi dəyişib

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-

arrow Ətraflı
İqtisadiyyat naziri: “Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik” like
  • 30 İyn 16:22  
İqtisadiyyat İqtisadiyyat naziri: “Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik”

“Pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkə biləcəyini istisn

arrow Ətraflı
"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib like
  • 30 İyn 16:21  
Digərləri "Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

Bu gün "Azərişıq" ASC ölkəyə gətirdiyi "SMART card reader

arrow Ətraflı
Bakı sakini: “Yoldaşım xərçəngdən öldü, qayınanam mənzili öz adına keçirdi” like
  • 30 İyn 16:18  
Sosial Bakı sakini: “Yoldaşım xərçəngdən öldü, qayınanam mənzili öz adına keçirdi”

Bakı şəhər sakini Qreçkin Leonid Vladimiroviç illərdir yaşadığı mənz

arrow Ətraflı
Honkonqda təhlükəsizlik haqqında qanun qüvvəyə mindi like
  • 30 İyn 16:14  
Dünya Honkonqda təhlükəsizlik haqqında qanun qüvvəyə mindi

Çin Xalq Respublikasının sədri Si Cinpinq daha əvvəl Milli Xalq Konqresi (

arrow Ətraflı
Ekspert: “SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına əlavə dəyər yaradır” like
  • 30 İyn 16:09  
İqtisadiyyat Ekspert: “SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına əlavə dəyər yaradır”

​Emin Axundzadə: “SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına

arrow Ətraflı
Angela Merkel: Daha əvvəl heç vaxt görmədiyimiz iqtisadi çətinliklər yaşayırıq like
  • 30 İyn 16:09  
Dünya Angela Merkel: Daha əvvəl heç vaxt görmədiyimiz iqtisadi çətinliklər yaşayırıq

Almanya Kansleri Angela Merkel yeni növ koronavirus (COVID-19) səbəbindən ə

arrow Ətraflı