ABŞ-da koronavirus sürətlə yayılır


Dünya 30 İyn 2020 15:56:33 256 0

ABŞ-da koronavirus sürətlə yayılır

ABŞ-da son sutkada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 41,5 faiz, yəni 41 556 nəfər artıb, 337 nəfər isə ölüb.

ABŞ-da son sutkadakoronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 41,5 faiz, yəni 41 556 nəfər artıb, 337 nəfər isə ölüb.

“Report” xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, bundan əvvəlki gün isəbu göstəricilər müvafiq olaraq 38 845 nəfər və 264 nəfər təşkil edib.

Bütövlükdə isə indiyədək ölkədə COVID-19 virusuna 2 590 582 nəfər yoluxub ki, bunlardan 126 min nəfərdən çoxu ölüb, 705 mindən çoxu isə sağalıb. Yoluxanların və ölənlərin ümumi sayına görə böyük fərqlə birinci yerdə olan ABŞ adambaşına ölüm sayına görə 6-cı, adambaşına yoluxma sayına görə isə 11-ci yerdədir.