Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin seçimi başa çatdı


İqtisadiyyat 30 İyn 2020 15:37:53 88 0

Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin seçimi başa çatdı

Seçilmiş 249 mənzilin 222-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 30 iyuntarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Bu barədə "Report"a MİDA-dan məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 24 may2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 249 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 14 878 nəfərdir.

Bugünkü satış zamanı 249 mənzilin seçimində iştirak edənlərin sayı 1 270 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 249 mənzilin 222-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış Operativ Qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi isə 3 iyul 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

Prezident İlham Əliyev rusiyalı akademik Alevtina Brovkinanı təbrik edib like
  • 30 İyn 15:37  
Siyasət Prezident İlham Əliyev rusiyalı akademik Alevtina Brovkinanı təbrik edib

Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının akademiki xanım Alevti

arrow Ətraflı
Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib like
  • 30 İyn 15:36  
İqtisadiyyat Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib

İyunun 29-da ​Auditorlar Palatası Şurasının videokonfrans formatında nö

arrow Ətraflı
Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır like
  • 30 İyn 15:33  
Siyasət Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır

Sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində Əmək və

arrow Ətraflı
Prezident İlham Əliyev rusiyalı akademikə məktub göndərib like
  • 30 İyn 15:31  
Siyasət Prezident İlham Əliyev rusiyalı akademikə məktub göndərib

Prezident İlham Əliyev&Rusiya Elmlər Akademiyasının akademiki xanım Alevti

arrow Ətraflı
Prezident İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı like
  • 30 İyn 15:30  
Siyasət Prezident İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin

arrow Ətraflı
Prezident mətbuatın 145 illiyi ilə bağlı sərəncam imzaladı like
  • 30 İyn 15:28  
Siyasət Prezident mətbuatın 145 illiyi ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin

arrow Ətraflı
9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyətə başladı like
  • 30 İyn 15:27  
Siyasət 9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyətə başladı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənk

arrow Ətraflı
Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır like
  • 30 İyn 15:23  
Sosial Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır

Sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində Əmək və

arrow Ətraflı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı işçilərinin say həddi artırıldı like
  • 30 İyn 15:23  
Siyasət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı işçilərinin say həddi artırıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalini

arrow Ətraflı
Bir sıra qurumların Nizamnaməsi təsdiq edildi  FƏRMAN like
  • 30 İyn 15:19  
Siyasət Bir sıra qurumların Nizamnaməsi təsdiq edildi FƏRMAN

Prezident İlham ƏliyevA zərbaycan Respublikası Əmək və Əhalinin Sosial M

arrow Ətraflı
AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib like
  • 30 İyn 15:15  
İqtisadiyyat AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib

AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib

arrow Ətraflı
Baş prokurorluqda yeni təyinatlar olub like
  • 30 İyn 15:15  
Siyasət Baş prokurorluqda yeni təyinatlar olub

Baş prokurorluqda yeni təyinatlar olub.

arrow Ətraflı