Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı işçilərinin say həddi artırıldı


Siyasət 30 İyn 2020 15:23:00 54 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı işçilərinin say həddi artırıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2011-ci il 16 fevral tarixli 386 nömrəli və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanın 1.2-ci, 1.4-cü bəndlər, 5-ci və 6-1-ci hissələr ləğv edilib.

Sənədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin say həddi 350 ştat vahidi (hazırda 309-dur), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 110 ştat vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə) və regional bölmələrinin işçilərinin say həddi 260 ştat vahidi müəyyən edilib.

Fərmanla həmçinin aşağıdakı dəyişikliklər edilib:

1.3. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu"nun 3-cü, 4-1-ci və 4-2-ci hissələri ləğv edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə" üzrə:

1.4.1. 3.1.28-1-ci və 3.1.37-1-ci yarımbəndlərdə "Nazirlik yanında" sözləri "Nazirliyin tabeliyində" sözləri ilə əvəz edilsin;

1.4.2. 5.1-ci bənddə "və onun strukturuna daxil olan qurumlar (regional orqanlar, ikili tabelikdə olan yerli bölmələr və s.)," sözləri ", onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan" sözləri ilə, "və Naxçıvan" sözləri ", habelə Naxçıvan" sözləri ilə əvəz edilsin;

1.4.3. 5.5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (əsasnamələri (nizamnamələri) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (əsasnamələrini) təsdiq edir;";

1.4.4. aşağıdakı məzmunda 5.5.3-1-ci yarımbənd əlavə edilsin:

"5.5.3-1. bu Əsasnamənin 5.5.3-cü yarımbəndinə uyğun olaraq, Nazirliyin strukturuna daxil olan qurumların, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edir;";

1.4.5. 5.5.5-ci yarımbənddə "yerli və digər qurumlarının" sözləri "strukturuna daxil olan qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.5-1-ci yarımbəndi nəzərə alınmaqla)" sözləri ilə əvəz edilsin;

1.4.6. aşağıdakı məzmunda 5.5.5-1-ci yarımbənd əlavə edilsin:

"müəyyən edilmiş struktur, işçilərin say həddi və əməkhaqları daxilində tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlinin və ayrılmış büdcə təxsisatı çərçivəsində xərclər smetasının təsdiq edilməsinə razılıq verir;";

1.4.7. 5.5.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

"5.5.6. Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;";

1.4.8. aşağıdakı məzmunda 5.5.6-1-ci yarımbənd əlavə edilsin:

"5.5.6-1. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir;".

2. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072; 2017, № 5, maddə 829; 2018, № 3, maddə 434; 2019, № 2, maddə 245) 2-ci hissəsi ləğv edilsin.

Bir sıra qurumların Nizamnaməsi təsdiq edildi  FƏRMAN like
  • 30 İyn 15:19  
Siyasət Bir sıra qurumların Nizamnaməsi təsdiq edildi FƏRMAN

Prezident İlham ƏliyevA zərbaycan Respublikası Əmək və Əhalinin Sosial M

arrow Ətraflı
AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib like
  • 30 İyn 15:15  
İqtisadiyyat AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib

AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib

arrow Ətraflı
Baş prokurorluqda yeni təyinatlar olub like
  • 30 İyn 15:15  
Siyasət Baş prokurorluqda yeni təyinatlar olub

Baş prokurorluqda yeni təyinatlar olub.

arrow Ətraflı
Dörd qurumun Nizamnaməsi təsdiqləndi like
  • 30 İyn 15:07  
Siyasət Dörd qurumun Nizamnaməsi təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial

arrow Ətraflı
Koronavirusa yoluxmuş iki körpəsi olan azərbaycanlı həkim: like
  • 30 İyn 15:06  
Digərləri Koronavirusa yoluxmuş iki körpəsi olan azərbaycanlı həkim:

"3 ay yarıma qədər uşaqlarımı görməmişəm"

arrow Ətraflı
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürülür like
  • 30 İyn 15:05  
Dünya Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürülür

İyulun 6-da Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşeva

arrow Ətraflı
Azərbaycanda bank əmanətçiləri çaşqınlıq içində - səbəbkar kimdir? like
  • 30 İyn 15:03  
İqtisadiyyat Azərbaycanda bank əmanətçiləri çaşqınlıq içində - səbəbkar kimdir?

Yaranmış vəziyyətdə əmanətçilər əmanətlərinin geri alınmasında pro

arrow Ətraflı
Yeni virus daha bir pandemiyaya səbəb ola bilər like
  • 30 İyn 15:03  
Dünya Yeni virus daha bir pandemiyaya səbəb ola bilər

Çinli alimlər daha bir pandemiyaya səbəb ola biləcək donuz qripinin əvvə

arrow Ətraflı
Prezident nazirliklə bağlı fərman imzaladı like
  • 30 İyn 15:02  
Siyasət Prezident nazirliklə bağlı fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası

arrow Ətraflı
SOCAR bu il 1 mlrd manatdan çox kredit qaytarıb like
  • 30 İyn 15:00  
İqtisadiyyat SOCAR bu il 1 mlrd manatdan çox kredit qaytarıb

Şirkətin manatla ödənişi isə 26 mln manat təşkil edib

arrow Ətraflı
Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək like
  • 30 İyn 14:57  
Digərləri Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək

Koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və test nümun

arrow Ətraflı
Şəmkirdə oğluna toy edən ata saxlanıldı, qonaqlar cərimələndi like
  • 30 İyn 14:51  
Digərləri Şəmkirdə oğluna toy edən ata saxlanıldı, qonaqlar cərimələndi

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə

arrow Ətraflı