Azərbaycanda bank əmanətçiləri çaşqınlıq içində - səbəbkar kimdir?


İqtisadiyyat 30 İyn 2020 15:03:05 97 0

Azərbaycanda bank əmanətçiləri çaşqınlıq içində - səbəbkar kimdir?

Yaranmış vəziyyətdə əmanətçilər əmanətlərinin geri alınmasında problem yaşamalı deyillər

Azərbaycanda fəaliyyət göstərən 4 bankın("AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin)bağlanmasından sonratənzimləyici orqantərəfindən bu banklara əmanət qəbulu ilə bağlı qadağa qoyulduğu, lakin bankların əmanət qəbul etməyə davam etdikləri məlum olub. Nəticədə həmin banklarda olan əmanətlərin əmanətçilərə geri qaytarılmasında müəyyən problemlər yaşanır, çünki müəyyənaraşdırma aparılanadəkvaxtilə qanunsuz qəbul edilən əmanətlər müvəqqəti bloklanıb.

Bloklanmış əmanətlərin məbləği "AGBank"da 49,2 milyon manat, "NBC Bank"da 12,8 milyon manat, digər banklarda isə az miqdardadır.

“Report” yaranmış vəziyyətdə hansı tərəf və ya qurumun məsuliyyət daşıdığı, gələcəkdə belə halların yaranmaması üçün nələrin edilməli olduğu və digər məsələlərlə bağlı maliyyə üzrəekspert Vüqar Mirzəzadə ilə həmsöhbət olub.

V.Mirzəzadə verdiyi açıqlamada bildirib ki, yaranmış vəziyyətdə əmanətçilər əmanətlərinin geri alınmasında problem yaşamalı deyillər:

Vüqar Mirzəzadə

“Vəziyyəti qiymətləndirərkən, ilk növbədə, əmanətlərin sığortalanması qaydalarında sığortalı və sığortalı olmayan əmanətlər anlayışına fikir verməliyik. Sığortalı əmanət müəyyən faiz şərtləri çərçivəsində Azərbaycan Respublikası ərazisindəki bank filialları və nümayəndəlikləri tərəfindən qəbul edilmiş əmanətlərdir. Bəzi məhdudiyyətlər xaricində yerləşdirilmiş əmanətlər əsasən sığortalanmış əmanətlər hesab olunur. Hansısa banka əmanətlərini qəbul etməkdə məhdudiyyətlər təyin olunubsa və bu barədə heç bir məlumat dərc olunmayıbsa, bu halda əmanətçi əziyyət çəkməməli və məsuliyyət daşımamalıdır. Bu prosesdə hadisələrin əsas iştirakçıları Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu (ADIF) və banklardır. Banka qadağa qoyulubsa, o əmanətləri cəlb etməli deyil. Əslində ADIF həmin bankdan əmanət siyasəti və digər məsələlər haqqında məlumatlar da alır və almalıdır da. Bu vəziyyətdə problem düzgün məlumat mübadiləsinin olmamasıdır. Məsələ əgər əmanətlərin sığortalanmasına toxunacaqsa və əmanətlərin sığortalanmasında problemlər yaranacaqsa, hər hansı bir tarixdən həmin banka yerləşdirilən əmanətlərin sığortalanmayacağı ilə bağlı bir məlumatın dərc olunması məqsədəuyğundur.

Məsuliyyəti kimin daşımasından asılı olmayaraq əmanətçilərə məlumat verilmədiyi halda əmanətçilər əmanətlərinin sığortalanması qaydaları çərçivəsində əmanətlərinin geri alınmasında problem yaşamalı deyillər. Təbii ki, məhkəmə qərarına qədər məsələ müəyyən qədər dondurula bilər. Amma yenə də, yekunda ödəyicidən asılı olmayaraq əmanətçilər həmin əmanətlərin alınmasında problem yaşamalı deyillər”.

Ekspert qeyd edib ki, bəzi hallarda nəzarətedici orqan bankın təqdim etdiyi hesabatda yeni əmanətlərin cəlb edilməsini görməyə bilər:

“Banklar mütəmadi olaraq Mərkəzi Banka məlumatlar təqdim edirlər. Bura əmanət portfeli haqqında məlumatlar da daxildir. Əmanətlər haqqında məlumatlar müştəri üzrə deyil, ümumi portfel üzrə görünə bilir. Bəzən tələbə görə mühüm dəyişikliklər olubsa, əsas 10 müştəri üzrə məlumatlar təqdim oluna bilər. Amma ümumilikdə bütün müştərilər barədə siyahı təqdim olunmadığından və bir çox hallarda ümumi portfel haqqında məlumat təqdim olunduğundan bəzən gedən müştərilər gələn müştərilərdən çox olanda ümumi portfel azalmış kimi görünür və yeni əmanətlərin gəlməyi gözdən itə bilir. Bu halda nəzarətedici orqan yeni əmanətlərin cəlb olunmasını görməyə bilər. Bunu görmək üçün nəzarətedici qurum bankdan əmanət portfelinin müştəri kodu və ya əmanətin cəlbedilmə tarixi üzrə məlumatları tələb edərək prosesə nəzarəti həyata keçirə bilər. Bankların mütəmadi təqdim etdiyi belə bir xüsusi hesabat forması olmadığından nəzarət edici orqan qadağa tətbiq olunan bankın əmanət qəbul etdiyini görməyə bilər. Lakin nəzarətedici qurum qadağa qoyandan sonra xüsusi hesabat tələb etmək iqtidarındadır və bu barədə bankdan məlumat ala bilər”.

V.Mirzəzadəyə görə, bu kimi halların yaşanması banklara inamı azalda bilər:

“Əmanətçinin əmanət yerləşdirdiyi bank həm ADIF-da üzv bank kimi, həm də Mərkəzi Bankın saytında lisenziyası olan bank kimi qeyd olunur. Əmanətçi banka əmanət yerləşdirirsə, sonradan bu kimi problemlərin yaranması banklara olan inama neqativ təsir göstərir. Çünki bu gündən sonra bu hadisə istənilən bankda baş verə bilər və əmanətçilər arasında müəyyən çaşqınlıq yarada bilər. Əmanətçi düşünür ki, bu gün hansısa bank informasiya mənbələrində lisenziyalı və üzv bank kimi qeyd olunması həqiqəti əks etdirməyə bilər. Əslində isə belə olmalı deyil. Bunun qarşısının alınması üçün mütəmadi olaraq zamanında nəzarətedici orqana məlumatlar təqdim olunmalıdır. Bankın hər hansı maliyyə çətinliyi varsa, bazar iştirakçıları arasında narazılıq yaratmamaq şərtilə orda yerləşdirilən əmanətlərin sığortalı olmaması ilə bağlı məlumat açıqlanmalıdır. Əgər belə bir məlumat təqdim olunmursa, bu əmanət sığortalı hesab olunmalıdır. Çünki əmanətçi əmanətlərin sığortalanması qaydası çərçivəsində əmanət yerləşdirir və bu barədə tam şəkildə məlumat almalıdır. Bankların təqdim etdiyi məlumatlar standartlarına uyğun olaraq saytlara yerləşdirməli və həm ADIF, həm AMB, həm də əmanətçilər arasında məlumat mübadiləsi tam, mütəmadi və açıq şəkildə olmalıdır ki, belə çətinliklər yaranmasın”.

Yeni virus daha bir pandemiyaya səbəb ola bilər like
  • 30 İyn 15:03  
Dünya Yeni virus daha bir pandemiyaya səbəb ola bilər

Çinli alimlər daha bir pandemiyaya səbəb ola biləcək donuz qripinin əvvə

arrow Ətraflı
Prezident nazirliklə bağlı fərman imzaladı like
  • 30 İyn 15:02  
Siyasət Prezident nazirliklə bağlı fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası

arrow Ətraflı
SOCAR bu il 1 mlrd manatdan çox kredit qaytarıb like
  • 30 İyn 15:00  
İqtisadiyyat SOCAR bu il 1 mlrd manatdan çox kredit qaytarıb

Şirkətin manatla ödənişi isə 26 mln manat təşkil edib

arrow Ətraflı
Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək like
  • 30 İyn 14:57  
Digərləri Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək

Koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və test nümun

arrow Ətraflı
Şəmkirdə oğluna toy edən ata saxlanıldı, qonaqlar cərimələndi like
  • 30 İyn 14:51  
Digərləri Şəmkirdə oğluna toy edən ata saxlanıldı, qonaqlar cərimələndi

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə

arrow Ətraflı
9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir like
  • 30 İyn 14:49  
Siyasət 9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənk

arrow Ətraflı
“Yanvardan bəri pul üzü görmürəm” like
  • 30 İyn 14:45  
Şou-biznes “Yanvardan bəri pul üzü görmürəm”

"Mənim ürəyim yanır. Təkcə musiqiçilər, müğənnilər deyil, gün

arrow Ətraflı
Gələn ay hava necə olacaq? - PROQNOZ like
  • 30 İyn 14:40  
Sosial Gələn ay hava necə olacaq? - PROQNOZ

İyul ayına olan hava proqnozu

arrow Ətraflı
Rəqqasə məclisdəkiləri ehtiraslandırır deyə döyüldü like
  • 30 İyn 14:39  
Digərləri Rəqqasə məclisdəkiləri ehtiraslandırır deyə döyüldü

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

arrow Ətraflı
Sumqayıt şəhərinə yeni prokuroru vəzifəsini icra edən şəxs təyin olunub like
  • 30 İyn 14:37  
Siyasət Sumqayıt şəhərinə yeni prokuroru vəzifəsini icra edən şəxs təyin olunub

Sumqayıt şəhərinin prokuroru vəzifəsinə icra edən şəxs müəyyən edil

arrow Ətraflı
Kəlbəcər və Goranboy rayon prokurorları vəzifəsini icra edən şəxslər müəyyən edilib like
  • 30 İyn 14:36  
Siyasət Kəlbəcər və Goranboy rayon prokurorları vəzifəsini icra edən şəxslər müəyyən edilib

Baş prokuror Kəlbəcər və Goranboy rayonlarının prokuroru vəzifəsini icr

arrow Ətraflı
Baş prokurorluqda yeni təyinatlar like
  • 30 İyn 14:35  
Sosial Baş prokurorluqda yeni təyinatlar

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplekt

arrow Ətraflı
Prezident İlham Əliyev Alevtina Brovkinanı fəxri diplomla təltif edib like
  • 30 İyn 14:34  
Siyasət Prezident İlham Əliyev Alevtina Brovkinanı fəxri diplomla təltif edib

Prezident İlham Əliyev Alevtina Brovkinanın "Azərbaycan Respublikası P

arrow Ətraflı
İran COVID19 vaksinini insan üzərində sınaqdan keçirməyə başlayır like
  • 30 İyn 14:33  
Dünya İran COVID19 vaksinini insan üzərində sınaqdan keçirməyə başlayır

İran koronavirusun (COVID-19) vaksininin istehsalı sahəsində böyük addıml

arrow Ətraflı
İranda COVID-19-dan ölənlərin sayı 10 800-ü ötdü like
  • 30 İyn 14:32  
Dünya İranda COVID-19-dan ölənlərin sayı 10 800-ü ötdü

İranda 188 758 pasiyentin sağaldığı bildirilib.

arrow Ətraflı