Prezident İlham Əliyev Alevtina Brovkinanı fəxri diplomla təltif edib


Siyasət 30 İyn 2020 14:34:00 234 0

Prezident İlham Əliyev Alevtina Brovkinanı fəxri diplomla təltif edib

Prezident İlham Əliyev Alevtina Brovkinanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Alevtina Fyodorovna Brovkina "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilir.