Kəlbəcər və Goranboy rayon prokurorları vəzifəsini icra edən şəxslər müəyyən edilib


Siyasət 30 İyn 2020 14:36:00 410 0

Kəlbəcər və Goranboy rayon prokurorları vəzifəsini icra edən şəxslər müəyyən edilib

Baş prokuror Kəlbəcər və Goranboy rayonlarının prokuroru vəzifəsini icra edən şəxsi müəyyən edib.

Son.az Trend-ə istinadən bildirir ki, Baş prokuror Kamran Əliyev bu barədə əmr imzalayıb.

Əmrə əsasən Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.