ABŞ bir neçə ölkəyə ixracı sərtləşdirdi


İqtisadiyyat 30 İyn 2020 11:02:15 75 0

ABŞ bir neçə ölkəyə ixracı sərtləşdirdi

Dəyişikliklər o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Ukrayna, Ermənistan və İraqa ixracata da təsir edəcək

ABŞ hökuməti iyunun 29-dan etibarən Rusiya, Çin və Venesuelaya sərt ixrac məhdudiyyətləri tətbiq edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, müvafiq bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə hələ aprel ayında yerləşdirilib, sadəcə, qərar dərc edildikdən 60 gün sonra qüvvəyə minib.

ABŞ hökuməti iki məhdudiyyət qaydasını tətbiq edib. Birincisi mülki istehlakçılar üçün nəzərdə tutulmuş lisenziyasız amerikalı mal ixracatçılarına tətbiq olunan istisnaların ləğvidir. Belə məhsullara rulmanlar, yarımkeçiricilər, kompüterlər, telekommunikasiya avadanlıqları, radiolokasiya sistemləri və digərləri daxildir.

İyunun 29-dan etibarən ixracatçılar bu cür malların təchizatı üçün lisenziya almağa məcbur olacaqlar. Dəyişikliklər o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Ukrayna, Ermənistan və İraqa ixracata da təsir edəcək. ABŞ Ticarət Nazirliyinin Sənayə və Təhlükəsizlik Bürosu bəzi ölkələrin bu cür məhsulları mülki yox, hərbi sahə üçün əldə etməsinə görə belə tədbirlər tətbiq edib.

İkinci məhdudiyyət hərbi sənaye ilə də əlaqədardır və bu sahədə malların təchizatını məhdudlaşdırmaq məqsədi daşıyır. İndi hərəkətləri və ya funksiyaları malların hərbi istifadəsini dəstəkləmək üçün nəzərdə tutulmuş istənilən şəxs və ya təşkilat hərbi sektora aid ediləcək.

“Çin, Rusiya və Venesueladakı bəzi təşkilatlar ABŞ-ın ixrac tənzimlənməsini pozmağa və ümumilikdə Amerikanın maraqlarına xələl gətirməyə çalışıb. Buna görə də ABŞ texnologiyasının yanlış əllərə keçməməsinə əmin olmaq üçün daha ayıq olacağıq”, - ABŞ Ticarət Nazirliyinin mətbuat xidməti nazir Uilbur Rossdan sitat gətirib.

Sənəd həmçinin ayrıca olaraq ABŞ-ın ikili və hərbi təyinatlı məhsullarının Çinə ixracına lisenziyaların verilməsinə dair tələbləri sərtləşdirir.

Sənəddə qeyd olunur ki, Rusiya və Venesuelaya münasibətdə oxşar tələblər 2014-cü ildə də tətbiq olunub. ABŞ Ticarət Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Çin ilə əlaqəli dəyişikliklər hər üç ölkədə hərbi istifadəçilərə məhdudiyyətlərin qoyulması məqsədilə edilib. Buna qədər ABŞ şirkətləri Çinin hərbi strukturlarını müxtəlif kateqoriyadan olan mallarla, bu materiallar hərbi istifadə üçün nəzərdə tutulmayıbsa, təchiz edə bilərdi. İndi isə bu vəziyyətdə də onlar xüsusi lisenziyalar almalı olacaqlar.

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb like
  • 30 İyn 10:59  
İqtisadiyyat Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.

arrow Ətraflı
QMİ sədri: "Azərbaycan Fələstinlə bağlı ədalətsiz qərarlara qarşıdır" like
  • 30 İyn 10:58  
Sosial QMİ sədri: "Azərbaycan Fələstinlə bağlı ədalətsiz qərarlara qarşıdır"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı 25 500-ü ötdü like
  • 30 İyn 10:57  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı 25 500-ü ötdü

Hazırda Ermənistanda 10904 aktiv koronavirus xəstəsi var.

arrow Ətraflı
Rusiyadan daha 225 Azərbaycan vətəndaşı Vətənə gətirilir like
  • 30 İyn 10:55  
Siyasət Rusiyadan daha 225 Azərbaycan vətəndaşı Vətənə gətirilir

Rusiya Federasiyasında olan daha 225 Azərbaycan vətəndaşı ölkəyə gətir

arrow Ətraflı
Mütəxəssislər Rusiyada peyvənd sınaqlarının nəticələri haqda danışdılar like
  • 30 İyn 10:49  
Dünya Mütəxəssislər Rusiyada peyvənd sınaqlarının nəticələri haqda danışdılar

Rusiyanın Seçenov Universitetinin mütəxəssisləri könüllülər üzərind

arrow Ətraflı
Qırğız Respublikasında baş nazirin müavini koronavirusa yoluxdu like
  • 30 İyn 10:48  
Dünya Qırğız Respublikasında baş nazirin müavini koronavirusa yoluxdu

Qırğız Respublikası hökuməti başçısının müavinlərindən biri Erkin

arrow Ətraflı
SOCAR “SOCAR Polymer”də payını artırıb like
  • 30 İyn 10:46  
İqtisadiyyat SOCAR “SOCAR Polymer”də payını artırıb

SOCAR “SOCAR Polymer” şirkətində payını 52,15%-dən 57,01%-ə yüksəld

arrow Ətraflı
Mikayıl Cabbarov: “İlin sonuna qədər ölkə iqtisadiyyatında balans yaranacağına inanırıq” like
  • 30 İyn 10:46  
İqtisadiyyat Mikayıl Cabbarov: “İlin sonuna qədər ölkə iqtisadiyyatında balans yaranacağına inanırıq”

"Bu ilin I rübünün sonundan dünya, o cümlədən Azərbaycan iqtisadiyyatı

arrow Ətraflı
Qadın bulvarda lüt soyunub, dənizə girdi  İstanbulda like
  • 30 İyn 10:45  
Dünya Qadın bulvarda lüt soyunub, dənizə girdi İstanbulda

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
SOCAR 84 mlrd manata yaxın gəlir əldə edib like
  • 30 İyn 10:35  
İqtisadiyyat SOCAR 84 mlrd manata yaxın gəlir əldə edib

Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda q

arrow Ətraflı
SOCAR 2019-cu ili mənfəətlə başa vurub like
  • 30 İyn 10:32  
İqtisadiyyat SOCAR 2019-cu ili mənfəətlə başa vurub

​SOCAR ötən il 651 mln manat mənfəət əldə edib

arrow Ətraflı
Bakı sakinindən narkotik götürüldü like
  • 30 İyn 10:29  
Sosial Bakı sakinindən narkotik götürüldü

Bakı sakinində narkotik vasitə aşkarlanılıb.

arrow Ətraflı
Özbəkistanda koronavirusdan ölənlərin sayı artdı like
  • 30 İyn 10:28  
Dünya Özbəkistanda koronavirusdan ölənlərin sayı artdı

Özbəkistanda 5 329 pasiyent müalicə alaraq sağalıb.

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 30 İyn 10:27  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 30 iyun tarixindən etibarən valyuta məzənnələ

arrow Ətraflı